Gürcüstanda koronavirusun 2 176 yeni halı qeydə alındı, 2 838 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 176 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu gün 2 838 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 43 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 8 330-a çatdı.