Gürcüstanda koronavirusun 2 061 yeni halı qeydə alındı, 1 654 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 061 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 402 759 halı təsdiq olunub. Buradan 373 088 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 654 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 20 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 688-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 6.6 faiz, son yeddi günün 6.3 faiz, son 14 günün isə, 5.66 faizdir.
Cəmi peyvənd edildi 402 765 insan, bir gündə 4 274 insan. Karantin rejimində 71 vətəndaş, stasionarda müşahində altında 5 069 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 697 insan qalmaqdadır.
Bununla yanaşı, 24 iyul durumu ilə, Gürcüstanda koronavirusun 2 617 yeni halı aşkar edildi, 869 pasiyent müalicə olunaraq sağaldı, doqquz pasiyent vəfat etdi.