Gürcüstanda koronavirusun 2 012 yeni halı qeydə alındı, 2 638 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 012 yeni halı qeydə alındı, 2 638 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 012 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 224 155 halı təsdiq olunub. Buradan 208 951 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 638 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 25 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 443-ə çatdı.

Karantin rejimində 401 vətəndaş, stasionarda müşahində altında 5 480 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 1 287 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.