Gürcüstanda koronavirusun 193 yeni halı qeydə alındı, 40 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 193 yeni halı qeydə alındı, 40 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 193 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 3 695 halı təsdiq olunub. Buradan 1 534 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan 20 pasiyent vəfat edib.

Karantin rejimində 4 988 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.