Gürcüstanda koronavirusun 19 968 yeni halı qeydə alındı, 23 675 pasiyent sağaldı

11:04, 11.02.2022

Gürcüstanda koronavirusun 19 968 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 418 027 halı təsdiq olunub. Buradan 1 178 151 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 23 675 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 55 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 459-a çatdı.

Cəmi peyvənd edildi 2 768 137 insan, bir gündə 3 174 insan. Karantin rejimində 41 vətəndaş, stasionarda müşahində altında 6 098 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 869 insan qalmaqdadır.

Bununla yanaşı, 10 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 22 444 halı qeydə alındı, 13 245 pasiyent müalicə olunaraq sağaldı, 53 pasiyent vəfat etdi.

Oxşar