Gürcüstanda koronavirusun 19 098 yeni halı qeydə alındı, 17 531 pasiyent sağaldı

11:07, 06.02.2022

Gürcüstanda koronavirusun 19 098 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 314 603 halı təsdiq olunub. Buradan 1 089 091 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 17 531 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 38 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 212-ə çatdı.

Cəmi peyvənd edildi 2 750 228 insan, bir gündə 2 443 insan. Karantin rejimində 42 vətəndaş, stasionarda müşahində altında 5 850 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 962 insan qalmaqdadır.

Bununla yanaşı, 5 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 23 134 halı qeydə alındı, 17 594 pasiyent müalicə olunaraq sağaldı, 33 pasiyent vəfat etdi.

Oxşar