Gürcüstanda koronavirusun 18 yeni halı qeydə alındı, 19 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 18 yeni halı qeydə alındı, 19 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 18 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 487  halı təsdiq olunub. Buradan 1 240 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 19 pasiyent vəfat edib.

Karantin rejimində 5 524 vətəndaş, stasionarda müşahində altında 221 vətəndaşdır.