Gürcüstanda koronavirusun 171 yeni halı qeydə alındı, 382 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 171 yeni halı qeydə alındı, 382 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 171 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 280 472 halı təsdiq olunub. Buradan 272 601 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 382 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 765-ə çatdı.

Karantin rejimində 276 vətəndaş, stasionarda müşahində altında 1 653 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 200 insan qalmaqdadır.

Şərh yaz