Gürcüstanda koronavirusun 170 yeni halı qeydə alındı, 396 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 170 yeni halı qeydə alındı, 396 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 170 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 277 650 halı təsdiq olunub. Buradan 270 369 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 396 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha on pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 710-a çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.75 faiz, son yeddi günün 1.72 faiz, son 14 günün isə, 1.56 faizdir.

Karantin rejimində 204 vətəndaş, stasionarda müşahində altında 1 460 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 189 insan qalmaqdadır.