Gürcüstanda koronavirusun 17 265 yeni halı qeydə alındı, 5 947 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 17 265 yeni halı qeydə alındı, 5 947 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 17 265 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 162 773 halı təsdiq olunub. Buradan 1 001 275 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 5 947 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 34 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 945-ə çatdı.

Cəmi peyvənd edildi 2 710 914 insan, bir gündə 5 156 insan. Karantin rejimində 41 vətəndaş, stasionarda müşahində altında 5 191 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 061 insan qalmaqdadır.

Bununla yanaşı, 29 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 18 274 halı qeydə alındı, 8 400 pasiyent müalicə olunaraq sağaldı, 41 pasiyent vəfat etdi.