Gürcüstanda koronavirusun 17 066 yeni halı qeydə alındı, 5 397 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 17 066 yeni halı qeydə alındı, 5 397 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 17 066 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 127 234 halı təsdiq olunub. Buradan 986 928 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 5 397 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 30 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 870-ə çatdı.

Cəmi peyvənd edildi 2 695 237 insan, bir gündə 7 997 insan. Karantin rejimində 42 vətəndaş, stasionarda müşahində altında 4 894 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 143 insan qalmaqdadır.

Bununla yanaşı, 27 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 17 484 halı qeydə alındı, 3 699 pasiyent müalicə olunaraq sağaldı, 27 pasiyent vəfat etdi.