Gürcüstanda koronavirusun 159 yeni halı qeydə alındı, 328 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 159 yeni halı qeydə alındı, 328 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 159 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 275 148 halı təsdiq olunub. Buradan 268 565 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 328 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha iki pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 650-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 1.16 faiz, son yeddi günün 1.41 faiz, son 14 günün isə, 1.53 faizdir.

Karantin rejimində 211 vətəndaş, stasionarda müşahində altında 1 358 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 131 insan qalmaqdadır.