Gürcüstanda koronavirusun 15 yeni halı qeydə alındı, bir pasiyent isə, sağaldı
Gürcüstanda koronavirusun 15 yeni halı qeydə alındı, bir pasiyent isə, sağaldı

Gürcüstanda koronavirusun 15 yeni halı aşkar edildi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Müvafiq olaraq, Gürcüstanda bu vaxt üçün koronavirusun 879 halı təsdiq olunub. Buradan 704 vətəndaş sağalıb.

Gürcüstanda koronavirus ilə 14 pasiyent həlak olub.

Karantin rejimində 2 795 vətəndaş, stasionarda müşahində altında 252 vətəndaşdır.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.