Gürcüstanda koronavirusun 15 712 yeni halı qeydə alındı, 21 623 pasiyent sağaldı

11:02, 13.02.2022

Gürcüstanda koronavirusun 15 712 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 454 065 halı təsdiq olunub. Buradan 1 248 242 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 21 623 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 40 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 556-a çatdı.

Cəmi peyvənd edildi 2 774 755 insan, bir gündə 2 089 insan. Karantin rejimində 21 vətəndaş, stasionarda müşahində altında 6 123 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 581 insan qalmaqdadır.

Bununla yanaşı, 12 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 20 326 halı qeydə alındı, 48 468 pasiyent müalicə olunaraq sağaldı, 57 pasiyent vəfat etdi.

Oxşar