Gürcüstanda koronavirusun 15 644 yeni halı qeydə alındı, 24 110 pasiyent sağaldı

11:29, 17.02.2022

Gürcüstanda koronavirusun 15 644 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun  1 511 800 halı təsdiq olunub. Buradan 1 324 172 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 24 110 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 46 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 729-a çatdı.

Cəmi peyvənd edildi 2 787 627 insan, bir gündə 3 257 insan. Karantin rejimində 16 vətəndaş, stasionarda müşahində altında 5 876 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 126 insan qalmaqdadır.

Bununla yanaşı, 16 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 15 315 halı qeydə alındı, 10 894 pasiyent müalicə olunaraq sağaldı, 55 pasiyent vəfat etdi.

Oxşar