Gürcüstanda koronavirusun 147 yeni halı qeydə alındı, 193 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 147 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 272 998 halı təsdiq olunub. Buradan 266 886 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 193 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 15 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 591-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 1.88 faiz, son yeddi günün 1.67 faiz, son 14 günün isə, 1.56 faizdir.
Karantin rejimində 257 vətəndaş, stasionarda müşahində altında 1 421 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 125 insan qalmaqdadır.