Gürcüstanda koronavirusun 139 yeni halı qeydə alındı, 129 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 139 yeni halı qeydə alındı, 129 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 139 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 273 137 halı təsdiq olunub. Buradan 267 015 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 129 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 10 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 601-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.19 faiz, son yeddi günün 1.63 faiz, son 14 günün isə, 1.49 faizdir.

Karantin rejimində 252 vətəndaş, stasionarda müşahində altında 1 383 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 114 insan qalmaqdadır.