Gürcüstanda koronavirusun 110 yeni halı qeydə alındı, 1 643 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 110 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 247 915 halı təsdiq olunub. Buradan 234 636 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 643 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 25 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 958-ə çatdı.
Karantin rejimində 460 vətəndaş, stasionarda müşahində altında 3 670 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 634 insan qalmaqdadır.
17 yanvar göstəricilərilə, Gürcüstanda koronavirusun 780 yeni halı aşkar edildi, 1 608 insan müalicə olunaraq sağaldı.