Gürcüstanda koronavirusun 11 yeni halı aşkar edildi, 40 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 11 yeni halı aşkar edildi, 40 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 11 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 447  halı təsdiq olunub. Buradan 1 190 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 19 pasiyent vəfat edib.

Karantin rejimində 5 943 vətəndaş, stasionarda müşahində altında 252 vətəndaşdır.