Gürcüstanda koronavirusun 11 039 yeni halı qeydə alındı, 5 199 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 11 039 yeni halı qeydə alındı, 5 199 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 11 039 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 041 749 halı təsdiq olunub. Buradan  956 627 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 5 199 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 42 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 673-ə çatdı.

Cəmi peyvənd edildi 2 651 265 insan, bir gündə 7 193 insan. Karantin rejimində 39 vətəndaş, stasionarda müşahində altında 4 462 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 921 insan qalmaqdadır.

Bununla yanaşı, 21 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 8 767 halı qeydə alındı, 5 173 pasiyent müalicə olunaraq sağaldı, 49 pasiyent vəfat etdi.