Gürcüstanda koronavirusun 10 yeni halı qeydə alındı, beş pasiyent sağaldı

10:18, 24.08.2020

Gürcüstanda koronavirusun 10 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 421  halı təsdiq olunub. Buradan 1 137 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 18 pasiyent vəfat edib.

Karantin rejimində 7 005 vətəndaş, stasionarda müşahində altında 255 vətəndaşdır.

Oxşar