Gürcüstanda koronavirusun 1 943 yeni halı qeydə alındı, 1 833 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 943 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 44 522 halı təsdiq olunub. Buradan 28 633 vətəndaş sağalıb.
Gürcüstanda koronavirusdan daha 20 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 362-ə çatdı.
Karantin rejimində 3 080 vətəndaş, stasionarda müşahində altında 4 253 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 2 264 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 872 yeni halı aşkar edildi, 603 pasiyent sağaldı.