Gürcüstanda koronavirusun 1 928 yeni halı qeydə alındı, 604 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 928 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 28 431 halı təsdiq olunub. Buradan 10 767 vətəndaş sağalıb.
Gürcüstanda koronavirusdan daha səkkiz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 201-ə çatdı.
Karantin rejimində 4 112 vətəndaş, stasionarda müşahində altında 3 766 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 2 268 insan qalmaqdadır.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 941 yeni halı aşkar edildi.