Gürcüstanda koronavirusun 1 872 yeni halı qeydə alındı, 603 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 872 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 30 303 halı təsdiq olunub. Buradan 11 370 vətəndaş sağalıb.
Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 215-ə çatdı.
Karantin rejimində 3 769 vətəndaş, stasionarda müşahində altında 3 832 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 2 249 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 928 yeni halı aşkar edildi.