Gürcüstanda koronavirusun 1 857 yeni halı qeydə alındı, 993 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 857 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 241 637 halı təsdiq olunub. Buradan 227 208 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 993 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 24 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 820-ə çatdı.
Karantin rejimində 514 vətəndaş, stasionarda müşahində altında 3 879 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 569 insan qalmaqdadır.