Gürcüstanda koronavirusun 1 852 yeni halı qeydə alındı, 1 696 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 852 yeni halı qeydə alındı, 1 696 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 852 yeni halı qeydə alındı. Bu barədə idarələrarası koordinasiya şurası yanında mövcud olan əməliyyat qərargahının rəhbəri, Berdiya Siçinava hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Gürcüstanda bu vaxt üçün koronavirusun 42 579 halı təsdiq olunub. Buradan 26 800 vətəndaş sağalıb.

Gürcüstanda koronavirusdan daha yeddi pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 342-ə çatdı.

Karantin rejimində 2 977 vətəndaş, stasionarda müşahində altında 4 293 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 2 236 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 791 yeni halı aşkar edildi, 2 413 pasiyent sağaldı.