Gürcüstanda koronavirusun 1 838 yeni halı qeydə alındı, 5 289 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 838 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu gün 5 289 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 39 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 8 185-‘ çatdı.