Gürcüstanda koronavirusun 1 800 yeni halı qeydə alındı, 489 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 800 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 233 879 halı təsdiq olunub. Buradan 223 276 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 489 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 20 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 666-a çatdı.
Karantin rejimində 484 vətəndaş, stasionarda müşahində altında 3 901 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 765 insan qalmaqdadır.
Bununla yanaşı 5 yanvarda Gürcüstanda koronavirusun 2 316 yeni halı qeydə alındı, 382 pasiyent sağaldı.