Gürcüstanda koronavirusun 1 738 yeni halı qeydə alındı, 1 494 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 738 yeni halı qeydə alındı, 1 494 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 738 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 225 893 halı təsdiq olunub. Buradan 210 445 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 494 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 38 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 481-ə çatdı.

Karantin rejimində 389 vətəndaş, stasionarda müşahində altında 5 480 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 1 223 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.