Gürcüstanda koronavirusun 1 731 yeni halı qeydə alındı, 4 599 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 731 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 208 638 halı təsdiq olunub. Buradan 180 441 vətəndaş sağalıb. O cümlədən bu gün 4 599 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 39 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 094-ə çatdı.
Karantin rejimində 481 vətəndaş, stasionarda müşahində altında 6 654 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 913 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.