Gürcüstanda koronavirusun 1 612 yeni halı qeydə alındı, 419 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 612 yeni halı qeydə alındı, 419 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 612 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 235 491 halı təsdiq olunub. Buradan 223 695 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 419 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 28 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 694-ə çatdı.

Karantin rejimində 491 vətəndaş, stasionarda müşahində altında 3 898 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 742 insan qalmaqdadır.

Bununla yanaşı 6 yanvarda Gürcüstanda koronavirusun 1 800 yeni halı qeydə alındı, 489 pasiyent sağaldı.