Gürcüstanda koronavirusun 1 562 yeni halı qeydə alındı, 1 490 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 562 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 332 441 halı təsdiq olunub. Buradan 312 349 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 490 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 30 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 4 499-a çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 5.26 faiz, son yeddi günün 3.72 faiz, son 14 günün isə, 4.85 faizdir.
Karantin rejimində 70 vətəndaş, stasionarda müşahində altında 4 343 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 662 insan qalmaqdadır.
17 may göstəricilərilə, Gürcüstanda koronavirusun 504 yeni halı aşkar edildi, 2 038 pasiyent müalicə olunaraq sağaldı.