Gürcüstanda koronavirusun 1 527 yeni halı qeydə alındı, 1 282 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 527 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 227 420 halı təsdiq olunub. Buradan 211 727 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 282 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 24 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 505-ə çatdı.
Karantin rejimində 431 vətəndaş, stasionarda müşahində altında 5 104 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 167 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.