Gürcüstanda koronavirusun 1 501 yeni halı qeydə alındı, 1 954 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 501 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 595 264 halı təsdiq olunub. Buradan 559 996 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 954 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 43 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 8 541-ə çatdı.
Cəmi peyvənd edildi 1 646 441 insan, bir gündə 14 071 insan. Karantin rejimində 39 vətəndaş, stasionarda müşahində altında 5 446 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 225 insan qalmaqdadır.
Bununla yanaşı, 18 sentyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 1 997 halı qeydə alındı, 1 232 pasiyent müalicə olunaraq sağaldı, 52 insan vəfat etdi.