Gürcüstanda koronavirusun 1 286 yeni halı qeydə alındı, 1 701 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 286 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 387 481 halı təsdiq olunub. Buradan 365 019 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 701 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 13 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 551-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 5.26 faiz, son yeddi günün 4.92 faiz, son 14 günün isə, 4.57 faizdir.
Cəmi peyvənd edildi 353 835 insan, bir gündə 8 501 insan.
Karantin rejimində 65 vətəndaş, stasionarda müşahində altında 4 291 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 088 insan qalmaqdadır.