Gürcüstanda koronavirusun 1 264 yeni halı qeydə alındı, 1 665 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 264 yeni halı qeydə alındı, 1 665 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 264 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 404 023 halı təsdiq olunub. Buradan 374 753 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 665 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 26 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 714-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 6.52 faiz, son yeddi günün 6.44 faiz, son 14 günün isə, 5.73 faizdir.

Cəmi peyvənd edildi 374 753 insan, bir gündə 41 572 insan. Karantin rejimində 62 vətəndaş, stasionarda müşahində altında 5 247 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 737 insan qalmaqdadır.

Bununla yanaşı, 25 iyul durumu ilə, Gürcüstanda koronavirusun 2061 yeni halı aşkar edildi, 1 654 pasiyent müalicə olunaraq sağaldı, 23 pasiyent vəfat etdi.