Gürcüstanda koronavirusun 1 164 yeni halı qeydə alındı, 2 292 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 164 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 617 753 halı təsdiq olunub. Buradan 589 791 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 292 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 33 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 9 038-ə çatdı.
Cəmi peyvənd edildi 1 813 679 insan, bir gündə 5 159 insan. Karantin rejimində 31 vətəndaş, stasionarda müşahində altında 4 102 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 675 insan qalmaqdadır.
Bununla yanaşı, 2 oktyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 1 826 halı qeydə alındı, 795 pasiyent müalicə olunaraq sağaldı.