Gürcüstanda koronavirusun 1 143 yeni halı qeydə alındı, 617 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 143 yeni halı qeydə alındı, 617 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 143 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 239 229 halı təsdiq olunub. Buradan 225 335 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 617 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 23 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 773-ə çatdı.

Karantin rejimində 452 vətəndaş, stasionarda müşahində altında 3 894 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 746 insan qalmaqdadır.

Bununla yanaşı 9 yanvarda Gürcüstanda koronavirusun 2 058 yeni halı qeydə alındı, 529 pasiyent sağaldı.