Gürcüstanda koronavirusun 1 132 yeni halı qeydə alındı, 2 956 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 132 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 606 492 halı təsdiq olunub. Buradan 576 498 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 956 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 30 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 8 817-ə çatdı.
Cəmi peyvənd edildi 1 742 547 insan, bir gündə 12 402 insan. Karantin rejimində 45 vətəndaş, stasionarda müşahində altında 4 602 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 840 insan qalmaqdadır.
Bununla yanaşı, 25 sentyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 1 597 halı qeydə alındı, 1 189 pasiyent müalicə olunaraq sağaldı, 38 insan vəfat etdi.