Gürcüstanda koronavirusun 1 097 yeni halı qeydə alındı, 3 208 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 097 yeni halı qeydə alındı, 3 208 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 097 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 221 605 halı təsdiq olunub. Buradan203 547 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 3 208 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 25 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 377-ə çatdı.

Karantin rejimində 420 vətəndaş, stasionarda müşahində altında 5 677 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 1 393insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.