Gürcüstanda son 24 saat ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 11 794 halı təsdiq olunub. Buradan 6 327 vətəndaş sağalıb.
Gürcüstanda koronavirusdan daha yeddi pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 85-ə çatdı.
Karantin rejimində 5 392 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 100 insan qalmaqdadır.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 519n yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi.