Gürcüstanda koronavirusdan son 24 saat ərzində üç pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan son 24 saat ərzində üç pasiyent vəfat etdi, – bu barədə Səhiyyə naziri, Ekaterine Tikaradze koordinasiya şurası iclasının başa çatmasından sonra keçirilən brifinqdə bəyan etdi.
“24 saat ərzində üç ölüm halı var. İkisi Batumidə və biri Kutaisidə”, – Tikaradze bəyan etdi.
Batumidə vəfat edənin biri kişi və biri qadındır. Batumi Respublika Xəstəxanasının meneceri, Giya Kikabidzenin bəyan etdiyinə görə, onların ağır yanaşı xəstəlikləri var idi.
Kutaisidə vəfat edən 88 yaşlı pasiyentə gəldikdə, o, Ozurqetidən idi. Kutaisi kovid-mərkəzində bəyan etdiklərinə görə, qadının ağır yanaşı xəstəlikləri var idi.
5 oktyabr göstəricilərilə, Gürcüstanda koronavirusun 578 yeni halı qeydə alındı, 375 pasiyent müalicə olunaraq sağaldı.