Gürcüstanda koronavirusdan səkkiz pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan səkkiz pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan səkkiz pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 136-nı təşkil edir.

Bu gün virusa yoluxmanın 1 192 yeni halı aşkar edildi və 233 pasiyent müalicə olunaraq sağaldı. Bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 17 477-ni təşkil edir, sağalanaların ümumi sayı isə, 8 060-dır.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 948 yeni halı aşkar edildi, 246 pasiyent müalicə olunaraq sağaldı.