Gürcüstanda yeni növ koronavirusdan daha altı pasient sağalıb.Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge-də bir az bundan əvvəl yenilənib.Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda koronavirusa 615 yoluxma halı təsdiqlənib, onlar arasında 275 nəfər sağalıb.
Bununla yanaşı, xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.
Koronavirus səbəbi ilə ölkədə 9 pasiyent dünyasını dəyişib.
5002 nəfər karantin rejimindədir, 485 nəfər isə stasionarda müşahidə altındadır.