Gürcüstanda koronavirusdan sağalan pasiyentlərin sayı 215-ə qədər artdı
Gürcüstanda koronavirusdan daha səkkiz pasiyent sağaldı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Müvafiq olaraq, bu vaxt üçün Gürcüstanda koronavirusun 589 halı təsdiq olunub, onlar arasında 215 pasiyent sağalıb.
Xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.
Bununla yanaşı, ölkədə koronavirus nəticəsində səkkiz insan həlak olub.
Karantin rejimində 5066 vətəndaş, sationarda müşahində altında 528 vətəndaşdır.