Gürcüstanda koronavirusdan sağalan pasiyentlərin sayı 221-ə qədər artdı
Gürcüstanda koronavirusdan daha altı pasiyent sağaldı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Müvafiq olaraq, bu vaxt üçün Gürcüstanda koronavirusun 589 halı təsdiq olunub, onlar arasında 221 pasiyent sağalıb.
Bununla yanaşı, ölkədə koronavirus nəticəsində doqquz insan həlak olub.
Xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.
Karantin rejimində 5260 vətəndaş, sationarda müşahində altında 553 vətəndaşdır.