Gürcüstanda koronavirusdan doqquz pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan doqquz pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 102-ni təşkil edir.

Bu gün virusa yoluxmanın 569 yeni halı aşkar edildi və 329 pasiyent müalicə olunaraq sağaldı. Bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 12 841-i təşkil edir, sağalanaların ümumi sayı isə, 6 867-dir.