Gürcüstanda koronavirusdan daha bir pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan daha bir pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan daha bir pasiyent vəfat etdi.

Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, bu vaxt üçün koronavirusdan vəfat edənlərin sayı 15 təşkil edir.

Pasiyentin hansı klinikada müalicə olunduğu hələlik məlum deyil.

Bununla yanaşı, Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı, dörd pasiyent isə, sağaldı

Gürcüstanda bu vaxt üçün koronavirusun 924 halı təsdiq olunub. Buradan 785 vətəndaş sağalıb.