Gürcüstanda son 24 saat ərzində koronavirusdan altı pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 12 272 halı təsdiq olunub. Buradan 6 538 vətəndaş sağalıb.
Bu gün virusa yoluxmanın 478 yeni halı aşkar edildi və 211 pasiyent müalicə olunaraq sağaldı.
Gürcüstanda koronavirusdan daha altı pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 91-ə çatdı.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 523 yeni halı aşkar edildi, yeddi pasiyent vəfat etdi.