Gürcüstanda koronavirusdan 46 pasiyent vəfat etdi

11:12, 21.12.2020

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 46 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 2 140-ı təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 824 halı qeydə alındı, 4 227 pasiyent müalicə onuraq sağaldı.

Oxşar